Yollar ölkəmizin şimalına aparır

 

Avqustun 19-da səhər tezdən Gəncənin mərkəzi meydanında böyük canlanma vardı.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan Gəncə məktəblilərini yola salmaq üçün şəhər icra hakimiyyətinin və təhsil idarəsinin işçiləri, eləcə də valideynlər buraya  toplaşmışdılar. Hamının üzündən sevinc, şadlıq oxunurdu. Ən çox sevinənlər isə şagirdlər idi. Çoxdan arzuladıqları gün gəlmişdi. Bu günədək kitablarda oxuduqlarını, televiziya vasitəsilə seyr etdiklərini indi öz gözləri ilə görəcəkdilər.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışaraq dedi  ki, bu günün gəncliyi xoşbəxtdir. Çünki yetişməkdə olan nəslin  hərtərəfli inkişafı, dünyagörüşünün formalaşması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dövlətimizin başçısı daim gəncləri düşünür və sabahın qurucuları olan bu yeniyetmələrin hərtərəfli böyüməsi üçün daim diqqət və qayğı göstərir. Elə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya da  bu qayğının bir nümunəsidir. 

Sonra valideynlər, tur-aksiyanın iştirakçıları olan şagirdlər ürək  sözlərini söylədilər. Bildirildi ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya hər bir məktəblinin, hər bir valideynin ürəyindəndir.

Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov AzərTAc-a müsahibəsində dedi ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkənin bütün bölgələrini tanımalıdır. Bu tur-aksiyanın müsbət cəhətləri çoxdur. Ekskursiya zamanı şagirdlər həm bölgəni tanıyacaq, həm onun insanları, gündəlik həyatı ilə  maraqlanacaq, həm də özlərinə çoxlu dost tapacaqlar.

Təhsil idarəsinin rəisi maraqlı bir açıqlama da verdi. Dedi ki, qərara gəlmişik ki, yeni dərs ili başlayanda “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya iştirakçıları arasında inşa yazı müsabiqəsi keçirmək və ən yaxşı yazıları mükafatlandırmaq niyyətindəyik.

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra  iştirakçıların xeyir-duası ilə 40 nəfər şagirdin və 5 nəfər müşayiətçinin  daxil olduğu qrupun üzvləri onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya yola düşdülər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında