BBC telekanalı Bakıda Dövlət Bayrağı Meydanının açılışı haqqında süjet yayımlamışdır

Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı dünyanın bir çox aparıcı və nüfuzlu telekanallarının diqqət mərkəzindədir.
Dövlət Bayrağı Meydanının yaradılması və dünyada ən hündür bayraq dirəyinin məhz Azərbaycanda quraşdırılması bu telekanallarda xüsusilə vurğulanır.
Müstəqillik ən böyük sərvətimiz, ən böyük xoşbəxtliyimizdir. Dövlət müstəqilliyinin rəmzlərindən biri isə bayraqdır. Bizim bayrağımız qürur mənbəyimizdir.
Bu fikirlər Bakıda Dövlət Bayraq Meydanının açılışı münasibətilə Böyük Britaniyanın BBC telekanalının hazırladığı süjetdə öz əksini tapmışdır. Süjetdə dünyanın ən hündür bayraq dirəyinin məhz Azərbaycanda ucaldılması xüsusi vurğulanmışdır. Məlumatda bu günədək dünyanın heç bir ölkəsində 162 metr hündürlükdə bayraq dirəyinin olmadığı bildirilir.
BBC kanalının verdiyi məlumata görə, Bakıda tikilən bayraq dirəyi Misirdəki Xeops piramidası və Londondakı "Londonun gözü" adlı mənzərə çarxından hündürdür. Süjetdə bayrağın hündürlüyü, eni və uzunluğu barədə ətraflı məlumat verilmişdir. Ginnesin rekordlar kitabına düşən Dövlət Bayrağı Meydanının 2,5 min kvadratmetr ərazini əhatə etdiyi və bayrağın dirəyə fəxri qarovul dəstəsi tərəfindən xüsusi olaraq gətirilməsi də yer almışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında