Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Xaçmaz şəhərində vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov avqustun 18-də Xaçmaz şəhərində vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki,  qəbulda Qərib Məmmədov Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşların şikayət və təkliflərini dinləyib.

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından  siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, kənd, qəsəbələrdə keçmiş xalq deputatları sovetləri  icraiyyə komitələrinin  və ya sonradan ərazi nümayəndəliyinin qərarları ilə həyətyanı, fərdi yaşayış evi və s. məqsədlərlə ayrılmış torpaq sahələrinə dair plan və ölçü sənədləri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə əlaqədar mövcud problemlər barədə müraciətlər edib.

Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda, ümumilikdə,  bu bölgədən olan 40-dək vətəndaşın müraciətinə baxılıb.

Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerquruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.

Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb.

Bu müraciətlər DXT-nin müvafiq məktubları ilə aidiyyəti qurumlara göndəriləcək. Bu barədə, həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədilə komitənin aidiyyəti rayon və şəhər şöbələrinin müdirlərinə də müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbulun keçirildiyi gündən xeyli əvvəl  KİV-də qəbulla bağlı məlumat verilib və komitənin region üzrə bütün strukturlarının və şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında