Gözəlliklər diyarı qədim Şəki tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə başlanılan, ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları müvəffəqiyyətlə davam edir.

AzərTAc xəbər verir ki, avqustun 17-də Şəki şəhəri tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib. Tarixi-memarlıq abidələri ilə məşhur olan Şəkinin budəfəki qonaqları Beyləqan və İmişli məktəbliləri olublar.

Bir gün əvvəl İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə yola düşən məktəblilər səfərin ilk iki günündə İsmayıllı və Qəbələnin qədim tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Ənənəyə uyğun olaraq, tur-aksiya iştirakçıları Şəki şəhərindəki  Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən mehribanlıqla qarşılandılar. Qonaqlara 2700 ildən çox yaşı olan bu qədim diyarın tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verildi. Aksiya iştirakçılarına Şəki ilə bağlı məlumat kitabçaları hədiyyə olundu.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında