Hərbi Hava Qüvvələrinin təlimləri davam edir

 

 

 

Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, “S-300 PMU” və “S-125 2TM” tipli zenit-raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasiya məhvetmə vasitələri ilə tam dağıdıb.

Təlim uçuşlarından sonra müdafiə naziri Zakir Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun qoruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkçələr hədiyyə edilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında