İməciliklərdə meyvə bağlarına və yaşıllıqlara qulluq göstərilmişdir

 

Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Havaların isti keçdiyi bu günlərdə isə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərmək, ağacları vaxtlı-vaxtında suvarmaq mühüm əhəmiyyət daşıyır.

Avqustun 16-da muxtar respublikada ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxmış, ötən iməciliklər dövründə salınmış yaşıllıq zolaqlarına qulluq göstərmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və sutəmizləyici qurğular kompleksinin ətrafında keçirilən iməcilikdə iştirak etmişlər.

Beş hektarlıq ərazidə payız və yaz əkini mövsümündə yerli şəraitə uyğun 6 mindən artıq meyvə tingi əkilmişdir. İməcilikdə ərazi suvarılmış, ağaclara qulluq göstərilmiş, təmizlik işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, isti yay günlərində suvarma tədbirlərinin davam etdirilməsi və becərmə işlərinin aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında