Naxçıvan Şəhər Veteranlar Şurasının konfransı

Naxçıvan Şəhər İcra Hakimiyyətində şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının XII konfransı keçirilmişdir.
Şuranın sədri Fərzalı İbrahimov hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, hazırda qurumun qeydiyyatında 27 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 113 nəfər 1941-1945-ci illər arxa cəbhə iştirakçısı, 475 nəfər əmək veteranı, 9 nəfər silahlı qüvvələr veteranı və vəfat etmiş veteranların 253 nəfər dul qadını vardır. Onların sağlamlığının qorunması məqsədi ilə şura tərəfindən xüsusi siyahı tərtib olunaraq akademik Zərifə Əliyeva adına poliklinikaya təqdim edilmiş, bu şəfa ocağında isə veteranların səhhətinin vaxtaşırı yoxlanması üçün sahə həkimləri ayrılmışdır. Şura veteranlarla daim əlaqə saxlayır, ehtiyac olduqda xəstə veteranlar pulsuz dərman preparatları ilə təmin edilir. Bundan başqa, Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində də veteranlara xüsusi diqqət və qayğı göstərilir. Burada 2009-cu ildə 83 nəfər, 2010-cu ilin ötən dövründə isə 68 nəfər veteran müalicə almış, Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən 100-dən çox veteran ölkənin müxtəlif müalicə mərkəzlərinə və sanatoriyalarına göndərilmişdir. Veteranların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Naxçıvan şəhərində yerləşən veteranlar klubu əsaslı təmir olunmuş, burada hərtərəfli şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, müavini, Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədri Heydər Heydərov və başqaları çıxış etmiş, veteranlara göstərilən dövlət qayğısından, son illərdə Azərbaycanın artan hərbi qüdrətindən ətraflı danışmışlar.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov isə çıxışında gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində veteranların üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, onlara bu istiqamətdəki fəaliyyətlərində uğurlar arzulamışdır.
Fərzalı İbrahimov yenidən Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri seçilmiş, şuranın yeni tərkibi müəyyənləşdirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında