Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyi Xaçmazda qeyd olundu

 

 

Avqustun 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xudatda yerləşən “N”  saylı hərbi hissəsinin təşkilatçılığı ilə Xaçmazda Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyinə həsr olunan tədbir

keçirildi.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzdülər.

Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilən yubiley tədbirində  Xaçmaz, Qusar, Quba rayonlarının icra strukturlarının rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, sərhədyanı yaşayış məntəqələrinin sakinləri və sərhədçilər iştirak edirdilər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində “Qəhrəman sərhədçilər” sənədli filmi nümayiş olundu.

Mərasimdə çıxış edənlər Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışdılar. Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələrində tikinti-quruculuq işləri, yeni sərhəd infrastrukturunun yaradılması prosesi  geniş vüsət alıb.

Tədbirdə xidmət zamanı fərqlənən sərhədçilərlə yanaşı, sərhədlərin mühafizəsində yaxından iştirak etmiş sərhədyanı kəndlərin sakinləri və ictimaiyyət nümayəndələri də mükafatlandırıldı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında