Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”

 

ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatorunun təqdimatını dəstəkləyiblər

Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin  təqdimatını dəstəkləyiblər.

Regional parlamentin deputatları plenar iclasda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməyə namizədliyini müzakirə ediblər.

Dumanın rəsmi saytında bildirilir ki, Mehriban Əliyeva Həştərxan vilayəti

ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi ilə məşğul olan Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond Mehriban Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan bağ və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. 2012-ci ildə Azərbaycan–Rusiya Dostluq Körpüsü açılıb. Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsi və “Meçta” uşaq əyləncə şəhərciyi də Fondun gördüyü xeyirxah işlər sırasındadır.

Hazırda həyata keçirilən  layihələrdən biri 240 yerlik uşaq bağçasının tikintisidir. Bu layihənin birinci növbəsi 2014-cü ilin sentyabr ayına qədər başa çatdırılmalıdır. Vilayətdə Azərbaycan mədəni-işgüzar mərkəzinin açılması planlaşdırılır.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında