“Un mondo di İtaliani” onlayn qəzeti: Azərbaycan tərəfindən göstəriləcək yardım Romanın mədəni inkişafına mühüm töhfə verəcək

 

“Un mondo di İtaliani” onlayn qəzetində Azərbaycan tərəfindən Romada Aleksandria ərazisində arxeoloji qazıntıların aparılmasına maddi yardım göstəriləcəyi ilə bağlı məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya rəsmi səfəri çərçivəsində “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasına dair imzalanan saziş Romanın mədəni inkişafına mühüm töhfə verəcək. Dünya mədəni irsi üçün vacib olan bu ərazidə arxeoloji parkın qurulmasına Azərbaycan tərəfindən göstəriləcək bu yardım romalılar üçün çox önəmli bir addımdır.

Yazıda sənədin imzalanma mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də yer verilib: “Bu gün əlaqələrimizdə çox vacib bir gündür. İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır”.

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında