QLOBALLAŞMA - lehinə və əleyhinə

 

XV əsrin ortalarında İohann Quttenberqin ilk çap dəzgahı meydana gələn gündən sosial kommunikasiyalar sahəsində bir sıra texnoloji proseslər baş vermişdir. Cəmiyyətin inkişafında humanitar və texnokratik başlanğıcların qarşılıqlı münasibəti dünyanı və insanı dəyişirdi. Beynəlxalq STMEGİ Fondunun prezidenti German Zaxaryayevlə (Moskva) bizim bu günkü müsahibəmiz bu mövzuya həsr olunub.

- Bu rolun dərk edilməsinə 6 avqust 2014 tarixində “Hyatt Regency” otelinin konfrans zalında keçirilmiş “Cəmiyyətdə texnoloji dəyişikliklər şəraitində mass-media və mədəniyyət” beynəlxalq simpoziumu həsr edilmişdir. Zəhmət olmasa, təşkilat komitəsinin həmsədri kimi iştirakçılar barədə məlumat verin.

– Aralarında aparıcı mütəxəssislər olan otuz məruzəçi: Azərbaycan, Rusiya, İsrail, Almaniya, ABŞ və Kanadanın antropoloqları, jurnalistləri, filosofları, yazıçıları, mədəniyətşünasları - Çingiz Abdullayev, Daniil Dondurey, İbrahim Məlikov, Serqey Vaynşteyn, Leo Vakker, Əliağa Məmmədli, Fuad Axundov, Faiq Hüseynov, Mixail Nemirovski, cəmiyyətimizdə yaranmış vəziyyəti təhlil etmişlər.

Zalda Azərbaycanın aparıcı KİV nümayəndələrini görmək olardı, tədbiri beş telekanal işıqlandırırdı, moderator isə Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev idi.

Dünya nə cür dəyişir, yeni texnologiyalar nələr vəd edir və bu vəziyyətdə jurnalistlərin və yazıçıların məsuliyyəti nədən ibarətdir? Dünyada baş verən qlobal dəyişikliklər şəraitində hər bir jurnalistin, hər bir yazıçının məsuliyyəti artır. Axı hər bir deyilən söz dərhal tirajlanaraq və ildırım sürətilə bütün dünyaya yayılaraq ictimai həyatda böyük rol oynaya bilər. Qlobal dəyişikliklər şəraitində mass-medianın əhəmiyyətini dərk etmək çox vacibdir. “Azərbaycanın etnomədəniyyətin müxtəlifliyi” kitabının (müəllif German Zaxaryayevdir) giriş sözündə qeyd olunmuşdur ki, bu təsirlərin lazımi səviyyədə qiymətləndirilməməsi çox təhlükəli nəticələrə gətirib çıxara bilər.

- Simpoziumun proqramı üç günə hesablanmışdı, ora daha nələr daxil idi?

– Məşhur mədəniyyətşünasların və filosofların iştirakı simpoziumun işində böyük iz qoymuşdur. Axı mədəniyyətlərarası dialoq qaçılmazdır. Beynəlxalq simpoziumun proqramına Qubada və Bakıda keçirilən iki sərgi də daxil edilmişdi. Qubada keçirilən sərginin adı “Onların adları tarixdə qalacaq. Dağ yəhudiləri - ədəbiyyat və jurnalistikanın məşhur nümayəndələri”. Yubiley proqramı, Azərbaycanın Yazıçılar Birliyinin 75-illiyinə, Azərbaycanın Jurnalistlər Birliyinin 55-illiyinə, jurnalist Raşbil Zaxaryayevin 75-illiyinə həsr edilmişdi.  Qırmızı qəsəbədə atamın adına küçə verilmişdir və mən öz doğma Vətənim Qubanı heç vaxt unutmuram.

- Üçüncü sərgi necə adlanır və harada keçiriləcək?

–  Bakı şəhərində keçirilmiş bu sərgi  Avropa yəhudilərinin tarixinə həsr edilmiş ilk sərgi idi. İş orasındadır ki, keçən il Azərbaycanın etnomədəniyyət müxtəlifliyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransını açdıqda, mən Azərbaycan yəhudilərinin tarixi, mədəni və dini irsinin qorunub saxlanılması proqramını davam etdirməyə razılıq vermişdim. Bu proqram çərçivəsində iki il ərzində R.Ələsgərov və S.Vaynşteyn Qafqazda ən böyük icma olan aşkenaz icmasının yaranma tarixindən bəhs edən çox nadir sənədlər tapmışdılar. Aşkenazların qədim Azərbaycan torpağında məskunlaşmalarının 200 illiyi tamam olmuşdur. 1813-cü ildə Gülüstan sülh müqaviləsinin bağlanmasından sonra, Azərbaycan iki hissəyə bölündü: Şimali Azərbaycan Rusiya imperiyasının, cənubi Azərbaycan isə İranın tərkibində qaldı.

Neft bumu vaxtında mütəxəssislər tələb olunurdu və buna görə imperiyanın bir çox yerlərindən Bakıya Avropa yəhudiləri gəlirdilər. Azərbaycanlılar tarixən tolerantlığı ilə seçiliblər və burada heç vaxt antisemitizm əlamətləri olmayıb.

Simpoziumun qonaqları Qırmızı qəsəbəni görmüşlər və müsəlman ölkəsində yəhudi məhəlləsinin mövcudluğuna, burada yerləşən evlərin və küçələrin gözəlliyinə, dini həyatın dolğunluğuna çox təəccübləndilər. Azərbaycana gələn qonaqlar üç gün ərzində əmin oldular ki, müstəqil Azərbaycanın paytaxtı həqiqətən müasir tolerant şəhər – maraqlı beynəlxalq forumların keçirildiyi mərkəzi adına layiqdir.

- Sizin rəhbərlik etdiyiniz fond dünyanın dörd ölkəsində xeyriyyəçilik fəaliyyəti, maraqlı konfransları və sərgiləri ilə məşhurdur. Sizinlə gələn il görüşəcəyimizə ümid edirik. Bu xeyirxah  missiyanızda sizə uğurlar diləyirik.

Abbas ORDUBADLI

Foto Fəridə XAYRULİNA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında