Azərbaycanın regionları ilə tanışlıq hər kəsin ürəyincədir

 

Avqustun 13-də Saatlı Rayon İcra Hakimiyyətinin qarşısında böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının iştirakçılarını İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola salırdılar.

AzərTAc xəbər verir ki, tur-aksiyada iştirak edən 40 şagird və 5 nəfərdən ibarət müəllim heyəti  dörd gün ərzində İsmayıllı, Qəbələ və Şəki  rayonlarının tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar.

Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsul işçisi Ülkər İslamova dedi: “Bu tur-aksiya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsində və dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regionlarının görməli yerləri ilə tanışlıq hamımızın ürəyincədir”.

Rayonun Əlisoltanlı kənd tam orta məktəbinin X sinif şagirdi Lalə Nəzirova  sevincini bu sözlərlə ifadə etdi: “İlk dəfədir ki, belə turda iştirak edirəm. Sevincim hədsizdir. Qədim Şəkini, Qəbələ və İsmayıllı rayonlarını görmək, həmin bölgənin tarix və mədəniyyət abidələri, görməli yerləri ilə tanış olmaq çoxdankı arzum idi”.

Tur-aksiyanın digər iştirakçıları da səfərin təşkilindən razılıqlarını ifadə etdilər.

Bir azdan tur-aksiyanın iştirakçılarının əyləşdikləri  avtobus İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola düşdü.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında