Moskvada Xəzər dənizinin Su Bioresursları üzrə Komissiyanın növbədənkənar iclası keçirilir

Xəzər dənizi ölkələrinin nümayəndələri Xəzərin su bioresurslarının idarəsi üzrə Sazişin yekun variantının hazırlanması  üçün Moskvada üçgünlük məsləhətləşmələrə toplaşıblar. Saziş nərə balığı növlərinin ovlanmasının tənzimlənməsini əks etdirir.

AzərTAc Rusiya KİV-lərinə istinadla xəbər verir ki, görüş Kənd Təsərrüfatı Nazirliyində keçirilir. Tədbirdə Xəzəryanı beş dövlətin hamısından - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan nümayəndələr iştirak edirlər.

Görüş Xəzər dənizinin su bioloji resurslarının qorunması və rasional istifadəsi haqqında Sazişin razılaşdırılmasına həsr olunub. Sənədin layihəsi 2010-cu ilin noyabrında Bakıda keçirilmiş üçüncü Xəzər sammitinin yekunları əsasında hazırlanıb. Lakin Sazişin layihəsinin razılaşdırılması mərhələsində Xəzəryanı ölkələr arasında istər konseptual aspektlər, istərsə də texniki xarakterli məsələlər üzrə fikir ayrılığı yaranmışdı. Ölkələr müqavilənin maddələrinin əksəriyyətini Komissiyanın 2013-cü ilin dekabrında Həştərxanda keçirilmiş 34-cü iclasında, eləcə də bu ilin iyununda Aşqabadda səlahiyyətli idarələrin məsləhətləşmələri zamanı razılaşdırıblar. Sonuncu görüşün yekunlarına əsasən tərəflər danışıqların yekun raundunu avqustda Moskvada keçirməyi qərara alıblar.

 

Bütövlükdə, Xəzəryanı ölkələrin nümayəndələri 2014-cü ilin sentyabrında Həştərxanda  Xəzəryanı dövlətlərin prezidentləri səviyyəsində dördüncü Xəzər sammitinin gedişində imzalanması üçün Sazişin layihə mətninin hazırlanmasını başa çatdırmaq niyyətini ifadə ediblər. 

Rusiya Balıqçılıq İdarəsinin rəhbəri İlya Şestakov iclası açaraq bildirib ki, 2010-cu ilin noyabrında Bakıda keçirilmiş Üçüncü Xəzər sammitinin yekunları üzrə Xəzəryanı ölkələrin prezidentlərinin tapşırıqlarının icrası ilə bağlı xeyli iş görülüb.

İlya Şestakov deyib: “Danışıqlarda iştirak edən tərəflərin hər birinin maraqlarının bərabər səviyyədə hesaba alınmasının vacibliyi ilə bağlı ümumi anlayışımız var. Əminik ki, bu cür yanaşma Xəzərdə balıqçılığın tənzimlənməsi üzrə beynəlxalq hüquq mexanizminin yaranması zamanı ümumi prinsipləri düzgün formalaşdırmağa imkan verəcək”.

İ.Şestakovun sözlərinə görə, Xəzər dənizinin su bioloji resurslarının qorunması və rasional istifadəsi haqqında Sazişin layihəsinin Dördüncü Xəzər sammiti çərçivəsində imzalanmasına hazırlıq məqsədi ilə  razılaşdırılması zamanı güzəştlərin əldə olunması üçün bütün əsaslar var. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında