Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sırasında olmaqdan şərəf duyuram

 

 

Ata-babalarımızın müdrik bir sюzü var: Niyyətin hara, mənzilin də ora. Mənim də uşaqlıqdan,Yevlax rayonu Nizami adına 7 saylı tam orta məktəbində oxuyandan arzum olub ki, xarici юlkədə təhsil alım və yüksək ixtisasa yiyələnim. Bu gün sevinirəm ki, niyyətimə də, mənzilimə də çatmışam. Bu arzuma çatmaqda mənə dəstək verənlərə minnətdaram.

 Hazırda təhsil aldığım ali məktəb, sюzün əsl mənasında, mənə çox bilgiləri, mətləbləri юyrədir. Bura mükəmməl təhsil ocağıdır və fəxr edirəm ki, belə bir universitetdə təhsil alıram. Əskişəhər Osmangazi Universiteti deyəndə mənim ağlıma ən dəyərli varlıq gəlir. Əslində, bura uşaqlıq xəyallarımı reallaşdırmaq üçün potensialımı bir ayna kimi mənə gюstərən bir yerdir. Müəllimlərimizlə, hətta rektorumuzla o qədər səmimiyik ki, hər hansı arzu, tələb, istək və təkliflərimizə bюyük həssaslıqla yanaşırlar. Təhsillə yanaşı, ictimai diaspor işlərində də azərbaycanlı tələbələrlə birgə fəal iştirak edirəm.

 Zənnimcə, xaricdə yaşayan hər bir azərbaycanlı юzü юzlüyündə bir diaspordur. Mən də юz nюvbəmdə üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışıram. Fəxr edrəm ki, ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal gəncləri sırasındayam. Mənə bюyük fəxrdir ki, ulu юndərimizin  uğurlu siyasətini hazırda uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə dəstək verən, onunla eyni yolda addımlayan gənclərin arasındayam. Türkiyəyə getdiyim ilk gündən etibarən юz milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çalışıram. 2012-ci ildə Türkiyə–Azərbaycan Qardaşlıq Platformasını təsis etdik və ilk tədbirimiz xalqımızın unudulmaz, sağalmayan yarası olan Xocalı soyqırımını Əskişəhər ictimaiyyətinə və burada təhsil alan, xaricdən gələn tələbə və müəllimlərə çatdırmaq oldu. Xalqımızın tarixində mühüm yer tutan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində respublikamızın ədalətli mюvqeyi, ərazilərimizin 20 faizinin işğal edilməsi, юlkəmizdə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi kюçkün olması faktına diqqəti cəlb etdik. Mütəmadi olaraq tədbirlər keçirir, Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişi barədə xarici tələbələrə dolğun məlumatlar veririk. Bundan əlavə, hər il milli-mənəvi dəyərlərimiz olan milli və dini bayramlarımızı, matəm və anım günlərimizi – 20 Yanvar və Xocalı faciələrini, 31 Mart Azərbaycanlıların soyqırımı günlərini qeyd edirik. Türkiyədəki səfirliyimiz və İstanbuldakı Baş Konsulluğumuz da bizə dəstək verirlər.

Bundan əlavə, bir az təvazюkarlıqdan uzaq olsa da deyim ki, oxuduğum ali təhsil ocağında da müəyyən mənada fərqlənə bilmişəm. Yəni universitet tarixində ilk azərbaycanlı və xarici tələbəyəm ki, universitetin tələbə-gənclər təşkilatında həm azərbaycanlı tələbələrin, həm də universitetdə təhsil alan 550-dən çox tələbənin təmsilçisi seçilmişəm. Eyni zamanda, qardaş Türkiyənin Ədalət və İnkişaf Partiyasının Əskişəhər Gənclər Birliyinin universitet təşkilatı sədrinin xarici əlaqələr üzrə müaviniyəm və fakültə gənclər təşkilatına rəhbərlik edirəm. Azərbaycanlı tələbələr Türkiyədə ən güclü və fəal diaspora sahibdirlər.

Onlar Vətənimizdəki hər bir uğuru orada təbliğ edirlər. Elə azərbaycanlı tələbələr olaraq qurduğumuz Qardaşlıq Platforması buna bir nümunədir. Юlkəmizdə prezident seçkiləri keçirilərkən istər Yeni Azərbaycan Partiyasından olan gənclərimiz, istərsə də partiya sıralarında olmayan gənclərimiz birmənalı şəkildə Qardaşlıq Platforması sayəsində orada yaşayan azərbaycanlı ailələrə və səsvermə hüququ olan Azərbaycan Respublikası vətəndaşları arasında cənab Prezidentimiz İlham Əliyevin təbliğat və təşviqat kampaniyasını aparırdıq. Ümummiyyətlə, buradakı gənclərimizin nəbzi hər an Vətənlə birgə vurur, hər kəs юlkəmizin milli-mənəvi dəyərlərini qorumaq üçün fədakarlıqla çalışır.

 Azərbaycan gəncliyi günü-gündən daha da güclənir. Hazırda bizim gənclər kifayət qədər potensiala malikdir. Burada hər bir gəncin istirahəti, elmlə, idmanla məşğul olması üçün kifayət qədər şərait yaradılıb. Gənclər evləri, Olimpiya kompleksləri, keçirilən kifayət qədər idman tədbirləri, saysız-hesabsız ictimai tədbirlərin olması o deməkdir ki, artıq gənclərimiz enerjilərini lazımsız əyləncələrə sərf etmirlər.

Biz gənclər üçün belə hərtərəfli şəraitin, geniş imkanların yaradılmasının başlıca səbəbkarı ulu юndərimiz olub . 1996-cı ilin 2 fevralında ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirildi. Bu forum юlkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2–fevral Gənclər Günü kimi təsis edilərək Azərbaycan tarixinə yazıldı. Bu gün də gənclərə olan diqqəti və qayğını mюhtərəm Prezidentimiz İlham Əliyev yeni vüsətlə davam etdirir. Gənclər üçün son illərdə yaradılan hər bir şəraitin altında onun imzası var. Biz bunun üçün cənab Prezidentimizə minnətdarıq.

Hər bir gənc kimi mənim də arzularım, planlarım var.Təhsilimi başa vurub Vətənə dюnərək əldə etdiyim bilik və təcrübəni Azərbaycanın iqtisadi inkişafı, xalqımın rifahı, bюyük layihələrin həyata keçirilməsi üçün istifadə edəcəyəm. Bir millət, iki dюvlət olan юlkələrimiz arasında əlaqələrin daha da genişlənməsi naminə юz səylərimi əsirgəməyəcəyəm.

 Elvin ƏJDƏRLİ,

Türkiyə Respublikasının Əskişəhər Osmanqazi Universitetinin idarəetmə fakültəsinin ikinci kurs tələbəsi, YAP Gənclər Birliyinin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında