Zaqatalada Sevil Qazıyevanın xatirə gecəsi keçirilmişdir

Zaqatala rayonunda Sevil Qazıyevanın 70 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər parkında ümummilli liderimizin abidə kompleksini ziyarət etmiş, abidənin önünə gül və tər çiçəklər düzmüşlər. Daha sonra Sevil Qazıyevanın şəhər mərkəzindəki büstü önünə əklil və tər çiçəklər düzülmüş, şəhər qəbiristanlığındakı qəbri ziyarət edilmişdir.
"Qala düzü" istrahət mərkəzində təşkil olunmuş xatirə gecəsində rayon ziyalıları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ağsaqqallar iştirak etmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Zümrüd Ağakişiyeva çıxış edərək Sevil Qazıyevanın keçdiyi qısa həyat yolunun bugünkü nəsil üçün bir örnək, gənclərin Vətənə məhəbbət, əməyə sevgi ruhunda tərbiyə edilməsində bir nümunə olduğunu qeyd etmiş, bu qısa ömürdə SSRİ kimi nəhəng bir ölkədə çox böyük gələcəyi olan bir gənc kimi şöhrət qazandığını, cavan ikən Sosialist Əməyi Qəhrəmanı kimi yüksək bir ada layiq görüldüyünü, Mil düzündə xarüqələr yaratdığını, onlarla ardıcılının pambıqyığan maşınların sükanı arxasına keçərək o dövr üçün ağır sahənin mexanikləşdirilməsinə layiqli töhfələr verdiyini, zəhmətsevərliyi sayəsində "ağ qızıl"ın şöhrətini bütün respublikaya yaydığını xüsusi vurğulamışdır.
Sonra Milli Məclisin deputatı Dünyamin Xəlilov, Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Cavanşir Qurbanov çıxış etdilər.
Tədbirdə Cahangir Məmmədovun "Dan ulduzu" əsərindən və xalq şairi Nəbi Xəzrinin "Günəşin bacısı" poemasından parçalar, Sevil Qazıyeva haqqında film nümayiş etdirilmiş, onun haqqında yazılan şeirlərə aid müsiqi nömrələri səsləndirilmişdir.
Xatirə gecəsinin sonunda Sevil Qazıyevanın bacısı Sona Qazıyeva tədbirin təşkilatçılarına, məktəblilərə öz minnətdarlığını bildirmiş, Sevil haqqında xatirələrini danışmışdır.
Cəmi 23 il ömür sürən, Sosialist Əməyi Qəhrəmanı, V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Respublikasının əməkdar mexanizatoru Sevil Qazıyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə hər kəsin yaddaşında uzun müddət yaşayacaqdır.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında