Azərbaycan və Türkiyənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev “Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı” (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Mustafa Polad və koordinator müavini İsmayıl Gürleçlə görüşüb.

Şuradan AzərTAc-a bildirilib ki, görüşdə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev iki qardaş dövlətin qeyri-hökumət təşkilatları arasında əlaqələrin getdikcə genişləndiyini və bu istiqamətdə şura rəhbərliyi tərəfindən bir sıra konkret addımların atıldığını qeyd edib. A.Quliyev şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və nəzərdə tutulan işlərin ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

TİKA Azərbaycan Koordinatoru Mustafa Polad şuraya elektron TV yaratmaqda, “e-xidmət” sahəsində fəaliyyəti genişləndirməkdə, QHT-lər üçün Resurs və Təlim mərkəzinin texniki təchizatında, Strateji və Təhlil Mərkəzinin yaradılmasına texniki dəstək verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, görüşdə TİKA-nın Avropada nümayəndəlikləri olan ölkələrdə Azərbaycanın maraqlarına uyğun layihələrin həyata keçirilməsinin mümkünlüyü də qeyd olunub.

Azay Quliyev son günlərdə Azərbaycan və Ermənistan sərhədində ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış 3 Azərbaycan əsgərinin Türkiyəyə müalicəyə göndərilməsində göstərdiyi köməyə görə TİKA rəhbərliyinə təşəkkür edib. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında