Nyu-Yorkda BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin 4-cü iclası davam edir

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil qərargahında BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin 4-cü iclası keçirilir.

Avqustun 8-dək davam edəcək iclasda ölkəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK)  sədri  Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə DTXK-nın geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov daxildirlər.

İclasın gündəliyinə  qlobal geodeziya istinad çərçivəsinin müzakirəsi, qlobal fundamental geoməkan məlumatları mövzularının müəyyənləşdirilməsi, dayanıqlı inkişaf üçün xəritə, qlobal geoməkan informasiyası icması üçün standartların qəbulu və tətbiqi kimi mühüm məsələlər daxil edilib. İclas çərçivəsində Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi bir sıra digər tədbirlərin təşkili planlaşdırılıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, Azərbaycanın xəritəçəkmə və Qlobal Forumda müzakirə edilən başqa məsələlər üzrə artıq əhəmiyyətli nailiyyətləri və geniş təcrübəsi vardır. O, qeyd edib ki, Azərbaycanın bu cur tədbirlərdə iştirak etməsi vacibdir və respublikamız bu sahədə  təcrübəsini bölüşərək digər ölkələrin də bu sahədə inkişaf etməsinə dair öz töhfəsini verir. 

Qeyd edək ki, 2012-ci il noyabrın 1-də Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında Qərib Məmmədov Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilib.

Yusif BABANLI

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında