"Şəhidim" musiqi kompozisiyası hazırlanıb

Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunmuş "Şəhidim" adlı musiqi kompozisiyası hazırlayıblar.
Sözləri millət vəkili Qənirə Paşayevaya, bəstəsi Tünzalə Ağayevaya aid olan musiqi kompozisiyasını Tünzalə Ağayeva və Türkiyəli sənətçi, eyni zamanda TRT AVAZ kanalının aparıcısı Cüneyt Jakova ifa edirlər. Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı vida məktubu üzərində qurulub. Artıq musiqi kompozisiyasının klipi də hazırlanıb və radio və televiziya ekranlarında nümayişinə başlanacaq. Kompozisiyanın və klipin Türkiyənin bir sıra radio və televiziya kanallarında efirə verilməsi də nəzərdə tutulur.
Kompozisiya Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Müqəddəs zirvə" adlı film üçün hazırlanıb. Filmdə Mübariz İbrahimovun qəhrəmanlıq yolu geniş şəkildə öz əksini tapır. Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə hazırlanan və çəkilişlərinə bir ay əvvəl başlanılan film artıq hazırdır. Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək. Filmin həmçinin Azərbaycan televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin nüsxələri hərbi hissələrə, ali və orta məktəblərə, xaricdə yaşayan soydaşlarımıza da göndəriləcək.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında