Məlahət İbrahimqızı: Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlardan çıxış edir

 

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesab edir ki, son təxribatlar Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. “Trend” agentliyinə açıqlamasında parlamentin üzvü bildirir ki, Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar qəbul olunduğu kimi, Ermənistana qarşı da belə sanksiyalar tətbiq edilməlidir.

M.İbrahimqızının sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində reallıq olduğu kimi göstərilmişdir: “Ancaq bütün bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlar aparır və xalqın fikrini problemdən yayındırmaq istəyir”.

Milli Məclisin deputatı ATƏT-in Minsk qrupunun son təxribatlar zamanı həlak olmuş azərbaycanlı əsgərlərə görə məsuliyyət daşıdığını düşünür. Onun sözlərinə görə, ermənilərin cəbhədə törətdiyi son təxribatlar zamanı Azərbaycan hərbçilərinin öldürülməsinin məsuliyyəti işğalçı, mənfur və terrorçu Ermənistan hakimiyyəti ilə yanaşı, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin də üzərinə düşür.

M.İbrahimqızı ATƏT-in Minsk qrupunun bəyanatında Ermənistan ilə Azərbaycanın bərabərləşdirilməsinin yolverilməz olduğunu da qeyd edir: “Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkə. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında