Əmək pensiyasının baza hissəsinin artırılması ölkəmizdə qısa müddətdə çox ciddi sosial - iqtisadi islahatların aparılmasının məntiqi nəticəsidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuat konfransı keçirib.
S.Müslümov vurğulayıb ki, əmək pensiyasının baza hissəsinin məbləğinin növbəti dəfə artırılması möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə çox ciddi sosial- iqtisadi islahatların aparılmasının məntiqi nəticəsidir. Ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin təşəkkül tapması və həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması bütün uğurların başlıca təminatçısıdır.
Daha sonra DSMF sədri 2010-cu il 1 iyul tarixə Azərbaycanda 1 milyon 291 min 139 pensiyaçının olduğunu bildirib. Cənab Prezidentin əmək pensiyalarının baza hissəsinin 13,6 faiz artırılmasına dair sərəncamı təxminən 1 milyon 254 min 200 pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 54350 nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır. DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 116 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla) 15 min nəfər) üzrə artım 12 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə (I qrup gözdən əlillər) 7631 nəfər) isə 20 manat təşkil edəcəkdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 170 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 157 manat 25 qəpiyə çatacaqdır. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 11 manat artacaqdır. Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 11 manat, I qrup BVM əlillərinin 25 manat 50 qəpik, II qrup BVM əlillərinin 21 manat, III qrup BVM əlillərininki isə 19 manat artırılacaqdır. S.Müslümov nəzərə çatdırıb ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 50 milyon manat əlavə vəsait tələb olunur. DSMF sədri onu da bildirib ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dollar, Rusiyada 90,2 dollar, Belarusda 82,1 dollar, Ukraynada 89,8 dollar, Ermənistanda 21, 6 dollar və s. təşkil edir. S.Müslümov jurnalistləri maraqlandıran digər məsələlərlə bağlı sualları da cavablandırıb.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında