Akademik Cəlal Əliyev ABŞ-da dərc olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyətinin üzvü seçilib

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildiriblər ki, AMEA-nın Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)”  jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib.

Bununla bağlı jurnalın baş redaktoru, doktor Liza Broundan daxil olmuş məktubda qeyd edilir ki, “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyəti görkəmli alimlərdən təşkil olunub.

Baş redaktorun məktubunda daha sonra deyilir: “Biz böyük məmnuniyyətlə Sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, Sizin kimi nüfuzlu alimin redaksiya heyətinin tərkibində olması bizim üçün fəxrdir və Sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərin daha da inkişafına imkan yaradar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında