Elxan ŞAHİNOĞLU: Beynəlxalq ictimaiyyət susmamalıdır

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu APA-ya açıqlamasında rəsmi Bakının sanksiya tələblərini məqbul hesab edir:

“Cəbhə xəttində baş verənlərdən sonra Ermənistan rəhbərliyi dərhal səfirliklərin hərbi attaşelərini yığaraq öz iddialarını səsləndirdi və Azərbaycan tərəfi ittiham etdi. Bu məsələdə rəsmi İrəvan yanlış təsəvvür yaratmağa çalışır. İlk növbədə atəşkəsi kimin pozması yox, toqquşmaların kimin ərazisində getməsi diqqətdə olmalıdır. Heç kimə sirr deyil ki, Ermənistan Azərbaycan ərazisini işğal edib və separatçı rejim yaradaraq ona dəstək verir. Cəbhədə ölən erməni əsgərləri də Ermənistan vətəndaşlarıdır və hərbi xidmətə Ermənistandan çağırılıblar. Bu və digər məqamlar Azərbaycanın ərazi bütövlüyünün pozulması faktını bir daha təsdiqləyirsə, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi bütün ittihamlar əsassız sayılmalıdır ”.

Politoloqun fikrincə, bəzi qüvvələr, o cümlədən Ermənistan rəhbərliyi müzakirələrə atəşkəsin pozulmasını və yenidən bərpası məsələsini çıxarmağa çalışır: “Amma gündəmdə başqa məsələ olmalıdır. Azərbaycan Madrid prinsiplərini qəbul edib,  danışıqlar da bu müstəvidə inkişaf etdirilməlidir. Rusiyanın Ukraynadakı separatçılara verdiyi dəstək Qərbi narahat edirsə, eyni narahatlıq da Qarabağ məsələsində göstərilməlidir. Ermənistana qarşı tətbiq ediləcək ən yüngül iqtisadi sanksiyalar belə, bu dövlətin geri çəkilməsinə və danışıqlara məsuliyyətlə yanaşmasına yardımçı ola bilər”.

Xatırladaq ki, Azərbaycan XİN avqustun 3-də yaydığı bəyanatda Ermənistanı dəfələrlə atəşkəsi pozmasına və təxribat xarakterli addımlara görə qınayıb, beynəlxalq ictimaiyyəti rəsmi İrəvana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında