Rasim MUSABƏYOV: Böyük dövlətlərin Ermənistana yardımları dayandırılmalıdır

“Ermənistana qarşı nəinki sanksiyalar tətbiq olunmalıdır, hətta bir sıra böyük dövlətlərin Ermənistana etdiyi yardımlar dayandırılmalıdır”. Bunu APA-ya politoloq, millət vəkili Rasim Musabəyov Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, habelə son günlər cəbhədə həyata keçirdiyi təxribat-diversiya aktlarından sonra bu ölkəyə qarşı sanksiyaların tətbiq olunmasının gündəmə gəlməsi məsələsinə münasibət bildirərkən deyib.

R. Musabəyov beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı yanaşma tərzini tənqid edib: “Bu yanaşma tərzi ilə sanksiyaların olacağı inandırıcı görünmür. İstər ABŞ, istər Fransa və ya Avropa Birliyi, istərsə də Rusiya Ermənistana hər il milyonlarla dollar dəyərində yardımlar edir. Ermənistan işğalçı dövlət olduğu halda, böyük dövlətlərin yardım və güzəştlərindən yetərincə yararlanır. Rusiyanın Ermənistana müxtəlif adlar altında güzəştləri, yardımları və pulsuz silahla təmin etməsi ildə 1 milyard dollara yaxın vəsait deməkdir. İlk növbədə bu yardımlar dayandırılmalıdır. Ondan sonra isə ümid edə bilərik ki, beynəlxalq ictimaiyyətin yanaşma tərzi dəyişib, hansısa irəliləyişlərə ümid etmək olar”.

 Millət vəkilinin fikrincə, Qarabağdakı son gərginliklər BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmalı, daha qəti addımlar atılmalıdır: “Biz öz mövqeyimizi ortaya qoyuruq. Çağırışlarımıza müsbət cavab verilməsə belə, beynəlxalq müstəvidə məsələ qaldırmalıyıq. Amma maraqlısı odur ki, işğalçı tərəf Ermənistan ola-ola, Azərbaycan gərginlik yaradan tərəf kimi qələmə verilir. Prosesləri də dalana dirəyən əsas səbəblərdən biri, hətta birincisi budur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında