Vüqar Bayramov: Ermənistanda hər uşaq 2100 dollar borcla doğulur

 

“Belə görünür ki, Ermənistan hakimiyyəti hələ də Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Aydındır ki, sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi İrəvan ölkə gündəliyini məhz savaş xəbərləri ilə zəbt edə bilir. Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizini təşkil edir”.

Bunu tanınmış iqtisadçı ekspert Vüqar Bayramov demişdir.

Ekspert bildirmişdir ki, 2013-cü ildə sözügedən ölkədə ÜDM-də artım 3,5 faiz olduğu halda xarici borc 5 faizdən çox artmışdır. Ermənistanın xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir:

“Ermənistanda digər ciddi problemlərdən biri yoxsulluq həddidir. Ermənistanın Mərkəzi Bankının hesablamalarına görə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23,4 faizi yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərdən 1-nin yoxsul həddində yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir”.

Vüqar Bayramov bildirir ki, Ermənistan Dövlət Statistika Komitəsi ölkədə işsizlik səviyyəsinin 15,9 faiz olduğunu etiraf edir. Ancaq beynəlxalq hesabatlarda bu göstərici 36 faizə yaxındır: “Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda da özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir”.

İqtisadçı ekspertin fikrincə, Ermənistan hakimiyyətinin yaratdığı vəziyyət bu ölkə üçün heç də ürəkaçan təsir bağışlamır: “Xarici borc asılılığı artır, yoxsulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda isə, rəsmi İrəvan hakimiyyətin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında