Dağıstanın və İnquşetiyanın prezidentləri Təzəpir məscid kompleksi ilə tanış olmuşlar

AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov və İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov sentyabrın 2-də Təzəpir məscid kompleksində olmuşlar.
Əvvəlcə qonaqlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Təzəpir məscid kompleksi, Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, burada saxlanılan qədim kitablarla tanış olmuşlar. Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov və İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov fəxri qonaqlar kitabına ürək sözlərini yazmışlar.
Qonaqlar jurnalistlərə müsahibələrində bildirmişlər ki, onlar Bakıya Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində gəlmişlər. Dağıstan və İnquşetiyanı Azərbaycan ilə qədim dostluq, yaxın qonşuluq münasibətləri, dini əlaqələr bir-birinə bağlayır. Hazırda bu əlaqələr iqtisadi, mədəni və digər sahələrdə getdikcə artmaqdadır. Biz Azərbaycanla kənd təsərrüfatı, turizm və s. sektorlarda əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik.
Maqomedsalam Maqomedov və Yunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsindəki xidmətlərini qeyd etmişlər.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov və İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov arasında görüş olmuşdur.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında