Sərhədlərimizi göz bəbəyi kimi qoruyuruq...

 

Vətən sərhəddən başlanır, – deyirlər. Bu ifadəni yüz dəfə nə bilim , bəlkə də min dəfə eşitmişik. Eşitmişik və bilmişik ki, bu Vətən, bu torpaq bu sərhəd bizim hamımız üçün əzizdir, doğmadır. Elə buna görə də bu sözlər Zaqatalada keçirilən tədbirdə dönə-dönə səsləndi.

 Sərhədlərin mühafizəsi işinin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan çoxsaylı amillərdən biri də yerli əhalinin dövlət sərhədlrimizin mühafizəsində iştirak etməsidir. Bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsi Balakən, Zaqatala və Qax rayonlarının sərhədyanı məntəqələrində yaşayan sakinlərlə görüş keçirdi.

Görüşdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, təşkilat və müəssələrin rəhbərləri, o cümlədən Balakən, Zaqatala, Qax rayonlarının 21 sərhədyanı yaşayış məntəqəsinin 240 nəfər sakini, ictimaiyyət nümayəndələri, sərhədçi veteranlar iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Zaqatala şəhər parkına gələrək ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül - çiçək dəstələri qoydular. Sonra rayon mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş Dövlət Sərhəd Xidmətinin həyat və fəaliyyətini əks etdirən kitab sərgisjnə baxdılar.

Sərhəd dəstəsinin rəisi, polkovnik Hicran Hüseynov tədbiri giriş sözü ilə açaraq Dövlət Sərhəd Xidmətinin keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin möhkəm maddi-texniki bazası yaradılıb. Fəxrlə deyə bilərik ki, dövlət sərhəddi göz bəbəyi kimi qorunur və onu heç kəs poza bilməz.

Sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidməti Şəxsi Heyət üzrə Baş İdarə rəisinin müavini, polkovnik İzzəddin Musayevin məruzəsini dinləmişdilər, vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunan uğurları əks etdirən foto-slaydlara baxdılar. Sərhədçi veteran, polkovnik-leytenant Cavanşir İsmayılov isə keçdiyi xidmət yolundan və dövlət sərhədinin mühafizəsində yerli əhalinin rolunun vacibliyindən danışmışdır.

Tədbirdə iştirak edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etdi və bundan sonra da dövlət sərhədinin mühafizəsində daim əhalinin sərhədçilərin yanında olacağını bildirdi.

Daha sonra dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərən bir qrup sakinlərə mükafat verildi.

Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş olundu.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında