Media və milli qəhrəmanlar mövzusu

 

Gəncədə “Milli qəhrəmanların təbliğində media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi növbəti  diskussiyada Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının rəhbər şəxsləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Məclisi giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, Gəncə həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olub. Qəhrəmanlıq tarixinin yaşadılması isə müstəqillik illərində son dərəcə mühüm vəzifə kimi müəyyənləşdirilib. Gəncə şəhər rəhbərliyi fəaliyyətində bu istiqamətə daim üstünlük verir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət  yetirilir. 200-dək küçəyə şəhidlərin adı verilib. Şəhidlər Xiyabanı yenidən qurulub. Burada əbədiyyətə qovuşmuş 369 şəhidin 5-i Azərbaycanın Milli Qəhrəmanıdır.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, “Milli qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsinin rəhbəri Əvəz Rüstəmov bildirib ki, tədbirlər 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir, cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, milli qəhrəmanlarımızın rəşadətli həyat yolunun gənclərə yaxından çatdırılması ilə bağlı ölkə miqyasında gedən proseslərə dəstək göstərilməsini nəzərdə tutur.

 Çıxış edənlər cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə bu gün daha böyük ehtiyac duyulduğunu qeyd edərək, bildiriblər ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. Bu baxımdan jurnalist peşəkarlığı məsələlərinə geniş nəzər salınıb, müxtəlif situasiyalar təhlil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin yeni nəşri olan “Gəncə şəhərinin hərb tarixi və şəhidləri” kitabı ətrafında da müzakirələr aparılıb.

 İştirakçılar Gəncə Şəhidlər Xiyabanını ziyarət ediblər.

R. TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında