Rauf Zeyni: Hər kəs əməllərinə görə qanun qarşısında cavab verməlidir

 

 

Leyla Yunus Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərərək dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradıb. O, Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi adı altında gizlənərək Azərbaycan əleyhinə fəaliyyət göstərib.

Torpaqlarımızın 20 faizinin 20 ildən artıq erməni işğalı altında olması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi Leyla Yunus və onun kimi insanları o qədər də düşündürməyib. O, özündən hüquq müdafiəçisi obrazı yaratmaqla, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətə qeyri-obyektiv məlumat çatdırmaqla, cinayəti sübuta yetirilmiş bəzi insanları siyasi məhbus kimi dünya ictimaiyyətinə təqdim etməklə, Azərbaycan haqqında yalan məlumatlar yaymaqla, heç bir məhdudiyyət qoymadan ermənilərlə əməkdaşlıq etməklə və s. əməllərlə məşğul olub.

Leyla Yunus və onun tərəfdarlarından başqa hamı, bütün dünya “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini dəstəkləyirdi. Leyla Yunus və onun kimilər bəzi beynəlxalq təşkilatları inandırmağa başlamışdılar ki, Azərbaycanda vəziyyət bunlar deyən kimidir: Düşünürəm ki, hüquq-mühafizə orqanları obyektiv olaraq bu məsələləri araşdıracaq. Biz, qeyri-hökumət təşkilatları olaraq, obyektivliyin, qanunların aliliyi prinsiplərinin tərəfdarıyıq. Bu gün Azərbaycan dövləti də tam şərait yaradıb ki, müstəqil araşdırma aparılsın. Bunlar ona görə olmalıdır ki, dünya ictimaiyyəti əsl həqiqəti bilsin. Bilsin ki, kim kimdir, kim vətəndaş cəmiyyəti üçün, kim milli maraqlar üçün çalışıb, kim dövlət və millət əleyhinə fəaliyyət göstərib. Bizə düşmən olan bir ölkəyə dəstək olaraq fəaliyyət göstərməyə nə ad vermək olar? Neçə illərdir ki, biz daim bununla bağlı öz etirazımızı bildirmişik, amma təəssüflər olsun ki, bizim müraciətlərimizə, bəyanatlarımıza fikir vermədən onlar elə öz işlərini görüblər. Hesab edirəm ki, Leyla Yunus bütün bu əməllərinə görə qanun qarşısında cavab verəcək.

Qələmə aldı:

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında