Məlahət İBRAHİMQIZI: Leyla Yunus həmişə erməni maraqlarından çıxış edib

 

 

Leyla Yunus hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmaqla məşğul olub. Bunu onun gözlərimiz qarşısında keçmiş bütün fəaliyyəti sübut edir. Təəssüf ki, müstəqillik qazandığımız 1991-ci ildən bəri ona və onun kimi Azərbaycanın maraqlarına ziyan vuranların hərəkətlərinə uzun zaman ciddi yanaşılmayıb, belə adamların iç üzü açılıb ictimaiyyətə çatdırılmayıb.

Son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də hərbi cəhətdən böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin açdığı bu yol ölkəmizin beynəlxalq aləmə daha sıx inteqrasiya etməsinə, qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmasına imkan verib. Son 10 il ərzində isə beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha yüksəklərə qalxıb. Azərbaycanın bu müsbət imici olmasaydı, dövlətimizə etibar etməsəydilər BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyimiz irəli sürüləndə 155 ölkənin səsini qazana bilməzdik. Bu, çox böyük nailiyyətdir və dövlətimizə, dövlət başçısına olan münasibətdir.

Amma Leyla Yunus kimi əli xarici təşkilatların ətəyində olan adamların missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Leyla Yunusun müdafiəsinə qalxanlar da onunla eyni mövqedən çıxış edənlərdir. ABŞ Dövlət Departamentinin əməkdaşı Tom Manilinovski, AŞPA-nın insan hüquqları üzrə komissarı Nils Mujnieks və digərlərinin Leyla Yunusu müdafiə etmələri onların qərəzli mövqelərdən və maraqlarından irəli gəlir. Onlar hər zaman Azərbaycana qarşı qərəzli mövqedə olublar. Bu baxımdan onların fikirlərini ciddi qəbul etmək olmaz.

Leyla Yunus öz ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm, yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar? L.Yunus Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində mühüm postda işləyərkən də ermənilərlə əməkdaşlıq edib. Elə o zaman da öz Vətəninə və xalqına xəyanət edirdi. Torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun böyük rolu olub. Mən hüquq-mühafizə orqanlarının işinə qarışa bilmərəm, onlar hər şeyi çox yaxşı bilirlər. Hesab edirəm ki, Leyla Yunusun hansı əməlində cinayət tərkibi varsa, araşdırılacaq və qanun çərçivəsində layiqli cəzasını alacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında