Özəl pensiya fondları zəruri infrastruktura malik olmalıdır

 

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə layihəsinin Rəhbər Komitəsinin iclası keçirilmişdir. İclasda layihənin fəaliyyətə başlamasından ötən dövr ərzində görülən işlər, növbəti mərhələdə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

DSMF-nin şöbə müdiri, Rəhbər Komitənin üzvü Nigar Pənahova çıxış edərək yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün bir sıra faktorların olması vacibliyini bildirmişdir. O, qeyd etmişdir ki, bunlar konseptual araşdırma işinin aparılması, bu istiqamətdə ortalığa çıxa biləcək kompleks sualların aydınlaşdırılması, eləcə də müxtəlif inzibati, hüquqi, maliyyə və digər əlaqədar sahələr üzrə hazırlıq işlərinin həyata keçirilməsini zəruri edir. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də fərdi uçot sisteminin tətbiqi ilə bağlıdır.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, müzakirə zamanı ölkəmizdə sığorta-pensiya sistemində fərdi uçotun tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi olaraq diqqətə çatdırılmışdır. Belə ki, işləyən şəxsin gələcəkdə dövlət pensiya təminatının onun sığorta stajından və fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılı olduğu bildirilmişdir. Toplantıda həmçinin ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələrin yerinə yetirilməsi, bu sahədə normativ hüquqi bazanın yaradılması, zəruri infrastruktur qurulması və 2 milyon 800 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılması da qeyd edilmişdir. Eyni zamanda, sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, sığortaolunanların bu məlumatları maneəsiz əldə edə bilməsi və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanının təmin edilməsi üçün mühüm işlər həyata keçirilmişdir.

Sığorta-pensiya sistemində yığım komponentinin məqsədləri üçün də fərdi uçotun müvafiq qaydada tətbiqinin təmin olunacağını deyən komitə rəhbəri vurğulamışdır ki, bunun qeyri-dövlət pensiya təminatı sahəsində reallaşdırılması vacib olmaqla yanaşı, eyni zamanda, bu sahədə fəaliyyət göstərəcək özəl pensiya fondlarının zəruri infrastruktura malik olmasını şərtləndirir.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında