Bakıda "Ətraf mühitin mühafizəsi IV beynəlxalq layihə olimpiadası" keçirilir

Aprelin 9-da Bakı İdman Sarayında ekologiya və təbiəti mühafizə problemlərinə həsr edilmiş "Ətraf Mühitin Mühafizəsi lV Beynəlxalq Layihə Olimpiadası (INEPO-EUROASIA)"nın açılışı olmuşdur.
Olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və "Çağ" Öyrətim Şirkətinin təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq olimpiadaya 33 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, İndoneziya, Gürcüstan, Qırğızıstan, Rumıniya, Pakistan, Slovakiya, Belarus, Malayziya, Türkmənistan, Tailand, Ukrayna, Sudan, Qazaxıstan, Böyük Britaniya, Polşa və s.) 300-dək iştirakçı qatılmışdır. Təşkilat komitəsinə 300-dən çox layihə təqdim olunmuş və onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilmişdir.
Münsiflər heyətində Türkiyə, Böyük Britaniya, Rusiya, İndoneziya, Meksika, Belarus, Slovakiya və digər ölkələrin təcrübəli alim və mütəxəssisləri təmsil olunurlar.
Mükafatlandırma mərasimi aprelin 10-da keçiriləcəkdir. Olimpiada aprelin 11-də başa çatacaqdır. "Ətraf Mühitin Mühafizəsi lV Beynəlxalq Layihə Olimpiadası"nın açılışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında