Dövlətin qayğısı əlillərin gələcəyə inamını artırır

 

 

 

Hörmətli redaksiya, mən I dərəcəli Qarabağ müharibəsi əliliyəm. Əlillərə göstərilən diqqət və qayğıya görə öncə ulu öndərimiz, mərhum Heydər Əliyevə rəhmət diləyirəm.

 Çünki Azərbaycanın ən ağır vaxtlarında da o böyük şəxsiyyət biz əlilləri xüsusi diqqətdə saxladı və Əlillərin Bərpa Mərkəzini, Müharibə əlilləri müalicə pansionatını inşa etdirdi. Çox sevindirici haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunu ləyaqətlə davam etdirir.

Mən dövlət başçısının bütün görüşlərini, çıxışlarını ardıcıl izləyirəm. Onun bu sözləri isə deyərdim ki, tarixdə qızıl hərflərlə yazılmalıdır: “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış kəslər çox ciddi şəkildə cəzalandırılacaqlar.”

Bu sözləri ilə o, ölkə prezidenti xalqa xidmət sahəsində nümunə göstərməklə yanaşı, bunu tabeliyində olan bütün məmurlardan tələb etdi. Buna görə də məhz Prezidentimizin tapşırığı ilə son dövrdə gözəl bir ənənənin əsası qoyulmuşdur. Yüksək ranqlı məmurlar hətta bölgələrə belə gedərək vətəndaşlarla qəbullar, görüşlər keçirirlər. Problemlərin, müraciətlərin çoxu yerindəcə həllini tapır.

Mən də bundan ruhlanaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbuluna düşdüm. Vətəndaşlarla çox səmimi görüşən nazir mənim evlə bağlı müraciətimi dinlədi, komyuterdəki siyahıdan adımı tapıb: “Sənə bu il mənzil düşür”, – dedi. Sevincimi izah etməyə söz tapmıram. Mən neçə illərdir ki, süründürməçilik qurbanıyam. Növbədə adımın üstündən adlayıb nə qədər insana ev, avtomobil veriblər. Allahıma şükür edirəm, nəhayət ki, haqq-ədalət öz yerini tapdı. Bunun  üçün ilk növbədə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdaram.

Dövlətimiz əlillərə heç vaxt bu qədər diqqət və qayğı göstərməyib. Hər kəs bu həqiqəti etiraf edə bilər ki, son bir ildə Bakıda və bölgələrdə nə qədər əlil evlə, avtomobillə təmin edilib, nə qədər ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Mən, bütün əlilləri Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır və inamla bildirirəm ki, dövlət başçımızın xarici, daxili və sosial siyasətini, yekdilliklə bəyənir və dəstəkləyirik.

Əbülfəz SƏFƏROV,

I dərəcəli Qarabağ müharibəsi əlili,

Bakı şəhəri, Nərimanov rayonu

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında