21 nəfər insan alveri qurbanına yardım göstərilmişdir

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2014-cü ilin ilk yarımilində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən istiqamətləndirilmiş 21 nəfər insan alveri qurbanını və müxtəlif QHT-lər tərəfindən yönləndirilən, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 20 nəfəri müvafiq yardımlarla təmin etmişdir.

Onlardan 20 nəfərinə hüquqi, 6 nəfərinə psixoloji, 3 nəfərinə tibbi, 3 nəfərinə maddi yardımın göstərilməsi təşkil edilmişdir. Həmçinin, belə insanlardan 8 nəfərinin ailəsinə  ünvanlı dövlət sosial yardımının təyin olunması  üçün müvafiq rayon ƏSMM-nə, 4 nəfərinin məşğulluğunun təmin olunması, 1 nəfərin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilmişdir. 2 nəfər sosial xidmət müəssisəsinə, 1 nəfərin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilmiş, 1 nəfər zərərçəkmişin övladı əlil arabası ilə  təmin olunmuş, daha 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün  işlər aparılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, qeyd olunan zərərçəkmişlərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin edilmişdir. Ehtiyac olduğu hallarda ayrı-ayrı zərəçəkmişlər Gəncədə yerləşən insan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzində yerləşdirilmişdir. Mərkəz  insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı ictimai məlumatlığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də görmüşdür.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında