YAP rəhbərliyi Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olmuşdur

Sentyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olmuşdur.
Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP idarə heyətinin üzvləri - Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Kərim Kərimov, Şahlar Əsgərov, YAP siyasi şurasının üzvü Vüqar Rəhimzadə iştirak etmişlər.
Pansionatın direktoru Bəhruz Əlmədətov məlumat vermişdir ki, hazırda burada 153 müharibə və əmək əlili yaşayır. Bir və iki nəfərlik otaqlarda məskunlaşmış sakinlər üçün hər cür şərait yaradılmışdır. Burada həkim məntəqəsi fəaliyyət göstərir, sakinlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar atılır.
Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Əli Əhmədov qeyd etmişdir ki, YAP əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. Bu qocalar evinə ildə bir neçə dəfə baş çəkdiklərini bildirən icra katibi, hər səfərlərində sakinlərin problemləri ilə maraqlandıqlarını, imkan daxilində onlara kömək göstərildiyini qeyd etmişdir.
Əli Əhmədov bildirmişdir ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir. Bu qocalar evində də lazım olan bütün imkanlar və şərait yaradılmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Bu yaxınlarda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə pensiyaların artırılması burada yaşayanların məişət şəraitinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.
Əli Əhmədov demişdir: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların gümrahlığı, əhval- ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qocalar evləri də diqqət mərkəzindən kənarda qalmasın".
Pansionat sakinləri ömürlərinin ahıl vaxtlarında respublika rəhbərliyinin onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında