Qəbələdə daha bir Beynəlxalq Musiqi Festivalı tarixə çevrildi

 

Avqustun 1-də Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Musiqi Festivalı başa çatdı.

VI Qəbələ Beynəlxalq Festivalının açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı maraqlı konsert proqramı təqdim edildi.

Prezident mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə baş tutan konsertdə vokalçılar - xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, istedadlı ifaçılar Azər Rzazadə, Yusif Eyvazov çıxış etdilər.

Konsertdə Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin, Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Çarlz Qunonun, Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirildi.

Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş turistlər tərəfindən sürəkli alqışlarla qarşılandı.

Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. On gün davam edən festivalda  Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

 Tədbir həm də Azərbaycan qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. Musiqi bayramı yerli və xarici tamaşaçılara unudulmaz anlar bəxş edib.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında