Qəbələnin hər daşı, hər qayası bir tarixdir

 

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba rayonundan olan iştirakçıları avqustun 1-də axşam saatlarında İsmayıllı rayonundan Qəbələyə gəldilər.

Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində yüksək səviyyədə qarşılanan və yerləşdirilən qubalı şagirdlər proqrama uyğun olaraq avqustun 2-də rayonun tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.

Şagirdlərlə birgə Qəbələyə gələn “A la Carte Travel” turizm şirkətinin tur rəhbəri Aysel Nuriyeva AzərTAc-a müsahibəsində ölkəmizlə bağlı geniş maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyətini yüksək qiymətləndirdi.

Bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrini gəzmək imkanı yaradılıb. Tur-aksiyada iştirak edən şagirdlər səyahət zamanı şəhər və rayonlarımız barədə eşitdikləri və kitablardan oxuduqları məlumatlarla, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları ilə əyani şəkildə tanış olurlar. Biz Azərbaycanın dilbər guşələrindən olan Qəbələyə ölkəmizin daha bir cənnət məkanından – İsmayıllıdan gəlmişik. İnanırıq ki, buradan da xoş təəssüratlarla ayrılacağıq. Axı, Azərbaycanın 67 şəhər və rayonundan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edən və “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların səfər proqramına daxil edilmiş Qəbələnin hər daşı, hər qayası bir tarixdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında