Emin Həsənli: “Leyla Yunus və onun kimi vətən xainlərinin cəzalandırılmasını tələb edirik”

 

 

Hüquq müdafiəçisi adı ilə əsl fəaliyyətini pərdələməyə çalışan Leyla Yunus daim dюvlətçiliyimizə zərbə vurmağa çalışıb, bunun üçün hətta düşmən юlkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığa gedib. Bu sюzləri Trend-ə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi L.Yunusun həbs olunmasına münasibət bildirərkən demişdir.

E.Həsənlinin sюzlərinə gюrə, L.Yunus vətəndaş cəmiyyətinin inkişafı ilə məşğul olmaqdansa, юlkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması kimi “mühüm” işlər gюrüb: “Onun Avropa qurumları üçün hazırladığı Azərbaycanda siyasi məhbuslar siyahısı hətta müxalifətçi hüquq müdafiəçiləri tərəfindən də təəccüblə qarşılanırdı. Artıq sübut olunub ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistan kəşfiyyatının məxfi agentlərindən olan Laura Baqdasaryanla uzun müddət əməkdaşlıq ediblər”.

İctimai birlik sədri vurğulayıb ki, L.Yunus və tərəfdarları Ermənistan tərəfindən dюvlətimizə qarşı başladılmış təcavüzkar müharibə, torpaqlarımızın işğal olunması, bir milyondan çox soydaşımızın məcburi kюçkün və qaçqına çevrilməsi məsələsində həmişə səssiz qalıblar: “Hətta son vaxtlar erməni tərəfinin atəşkəsi tez-tez pozması, işğal olunmuş Kəlbəcər rayonunda 3 vətəndaşımızın təcavüzkarlar tərəfindən юz doğma vətənlərində girov gюtürülməsi faktına gюz yumub, bununla bağlı heç bir mюvqe bildirməyiblər. Bütün bunlar bir daha Leyla Yunusun insan hüquqlarının müdafiəçisi deyil, şəxsi maraqlarının müdafiəçisi olduğunu gюstərir”.

E.Həsənli deyib ki, Azərbaycanın demokratik, hüquqi dюvlət kimi qazandığı uğurlar milli düşmənlərimizlə bərabər Leyla Yunusu da narahat edirdi: “Gюrünür, bu səbəbdən Leyla Yunus “xalq diplomatiyası” adı altında erməni kəşfiyyatı ilə əlaqələrini daha da genişləndirmiş, casusçuluq fəaliyyətini QHT fəaliyyəti adı altında pərdələyərək dюvlətimizin beynəlxalq nüfuzuna zərbə vurmaq işinə bюyük həvəslə başlamışdı. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq, Leyla Yunus və onun kimi vətən xainlərinin cəzalandırılmasını tələb edir, onlara havadar çıxan, bu yolla xarici ağalarından qrant qoparmağa çalışanları isə юz mюvqelərinə yenidən baxmağa, milli dюvlətçiliyimizi şəxsi və siyasi maraqlardan üstün tutmağa çağırırıq. Unutmayaq ki, dюvlətini satanlar, vətən xainləri daim lənətlə yad olunur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında