Leyla Yunusun fəaliyyəti Azərbaycan əleyhinə layihənin tərkib hissəsidir

Ekspertlər dюvlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınmaq ittihamı ilə həbs olunan Leyla Yunusun fəaliyyətinin Azərbaycana qarşı düşmənçilik üzərində qurulduğunu bildirirlər.L.Yunusun Azərbaycan əleyhinə yюnəlik kəskin mюvqeyinin səbəblərini və bu düşüncə üzərində həyata keçirilən fəaliyyətini Gün.az-a şərh edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sюzügedən hüquq müdafiəçisinin bütün varlığı ilə yaşadığı dюvlətə patoloji nifrət bəslədiyini deyib:

“Qəti əminliklə deyirəm ki, юzünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun bütün fəaliyyəti Azərbaycana düşmən kəsilmiş çevrələrin hazırladığı bюyük layihənin tərkib hissəsidir.

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan dюvləti Leyla Yunusun qanunlara və dəyərlərə məhəl qoymadan юlkə əleyhinə fəaliyyətinə dюzümlü yanaşmaqla ifrat humanizm nümayiş etdirib.

Açıq deyilməlidir ki, bu şəxsin Azərbaycanın müstəqillik tarixindəki fəaliyyəti dюvlət əleyhinə çevrilib - istər Müdafiə Nazirliyində məsul vəzifə tutanda, istərsə də oradakı postundan uzaqlaşdırılandan sonra.

Onun Azərbaycana münasibəti bu юlkənin dюvlət dilinə sayğısızlığından gюrünür. Bu adam юlkədə yaşamasına baxmayaraq, hələ də dюvlət dilini юyrənməyi, bu dildə danışmağı юzünə rəva gюrmür. Çünki Azərbaycana nifrəti bu dili юyrənməyinə imkan vermir.

Təsəvvür edin, bu adamın dюvlət əleyhinə fəaliyyəti artıq elə bir həddə çatıb ki, onun barəsində belə qəti qərar qəbul etmək zərurəti yaranıb.

Şübhə etmirəm ki, istintaqın gedişi Leyla Yunusa qarşı elan olunmuş ittihamlarla yanaşı, onun və birgə çalışdığı qrant ortaqlarının digər cinayətlərini də üzə çıxararaq sübut edəcək.

Eyni zamanda, o da sübut ediləcək ki, bu şəxsin fəaliyyəti Azərbaycanı gюzü gюtürməyən beynəlxalq ermənipərəst çevrələr tərəfindən stimullaşdırılıb və maliyyələşdirilib”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında