ADNA-ya Vyetnam Sosialist Respublikasının "Dostluq" ordeni təqdim edilmişdir

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyəti aprelin 9-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) müəllim və tələbə heyəti ilə görüşmüşdür.
Akademiyanın rektoru Siyavuş Qarayev qonaqlara məlumat vermişdir ki, ötən əsrin 50-ci illərindən ADNA-da xarici tələbələr təhsil almağa başlamışlar. Vaxtı ilə Azərbaycana səfər edən Vyetnamın sabiq dövlət başçısı Xo Şi Min Bakı neftçilərinin fəaliyyəti ilə tanış olduqdan sonra ölkəsinin gənclərinin ADNA-da təhsil almaları üçün Sovetlər İttifaqının rəhbərliyinə müraciət etmişdir. Bunun nəticəsi olaraq ötən əsrin 60-ci illərindən başlayaraq vyetnamlı gənclərin ilk qrupu Bakıya oxumağa gəlmişdir.
Rektor vurğulamışdır ki, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən ulu öndərimiz Heydər Əliyev Vyetnama səfəri zamanı Azərbaycan Neft və Kimya İnstitutunun məzunları ilə görüşmüş, onların bu ölkədə neft sənayesinin inkişafındakı nailiyyətlərini yüksək qiymətləndirmişdir.
Bildirilmişdir ki, ötən illər ərzində yüzlərlə vyetnamlı gənc ADNA-da təhsil almışdır. Onlardan 30-u elmlər namizədi, 3-ü isə elmlər doktoru adını qazanmışdır. Bu akademiyanı bitirmiş vyetnamlılar hazırda öz ölkələrinin neft sənayesində yüksək vəzifələrdə çalışırlar.
Tədbirdə çıxış edən Hoang Çunng Hay və Vyetnamın Azərbaycandakı səfiri Buy Din Din ölkəmizin son vaxtlar böyük nailiyyətlər əldə etdiyini və bu inkişafdan məmnun qaldıqlarını bildirmişlər.
Azərbaycanın daim Vyetnama kömək etdiyini vurğulayan natiqlər dostluq və qardaşlıq yardımına görə Azərbaycan xalqına və dövlətinə öz minnətdarlıqlarını bildirmişlər.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan həm də Vyetnamın iqtisadiyyatı, xüsusilə də neft sənayesi üçün güclü kadrlar yetişdirmişdir. İndi bu sahələrdə əlaqələrimizi inkişaf etdirmək üçün geniş potensial imkanlar vardır və bundan maksimum yararlanmağa çalışmalıyıq.
Sonra nümayəndə heyətinin başçısı ADNA-ya Vyetnam Sosialist Respublikasının "Dostluq" ordenini təqdim etmişdir. Artıq dördüncü dəfədir ki, ADNA Vyetnam dövlətinin bu ali ordeni ilə təltif olunur.
Görüşdə vaxtı ilə Veytnamda çalışmış azərbaycanlı neft mütəxəssislərinə də orden, medal və qiymətli hədiyyələr verilmişdir.
Sonda ADNA ilə Vyetnamın "Petrovietnam" Dövlət Neft və Qaz Qrupu arasında kadr hazırlığına dair əməkdaşlıq haqqında müqavilə imazalanmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında