Azərbaycan və Avstriya arasında gömrük sahəsində Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycanda səfərdə olan Avstriya Federal Maliyyə Nazirliyinin gömrük məsələləri üzrə dövlət katibi Raynhold Lopatkanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ilə görüşmüşdür.
Dövlət katibi Raynhold Lopatka əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.
Sonra qonaq Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Görüşdə DGK-nın sədri Aydın Əliyev Azərbaycanın gömrük xidmətinin tarixi barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda ölkədə 2007-2011-ci illəri əhatə edən "Gömrük xidmətlərinin inkişafı Proqramı" icra olunur. Azərbaycan və Avstriya arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən A.Əliyev əlavə etmişdir ki, ölkələrimiz arasında hazırkı ticarət dövriyyəsi real əməkdaşlığı tam əks etdirmir. Bu əməkdaşlığı daha da inkişaf etdirməyə geniş potensial mövcuddur.
Raynhold Lopatka da öz növbəsində Avstriyanın Azərbaycan ilə bir çox sahədə əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd etmiş və bildirmişdir ki, maliyyə, gömrük və bu kimi sahələr Avstriya üçün prioritet sayılır. Azərbaycan gənc ölkədir və gömrük sistemi də gəncdir. Ancaq gənc olmasına baxmayaraq xeyli inkişaf etmişdir. Qonaq vurğulamışdır ki, Avstriyanın da gömrük sahəsində böyük təcrübəsi vardır. Bu baxımdan qarşılıqlı təcrübələrimizdən faydalanmaq niyyətindəyik. Biz Azərbaycanla, xüsusilə xidməti itlərin tətbiqi və onların istifadəsi sahəsində əməkdaşlıq edəcəyik. Bundan başqa, digər sahələr də nəzərdən keçiriləcəkdir.
Sonda Azərbaycan və Avstriya arasında "Gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı Anlaşma Memorandumu" imzalanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında