Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilmişdir

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilmişdir.
İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən bildirmişlər ki, sentyabrın 1-də Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun (TÖSDF) prezidenti Nüsrət Məmmədov İ.Ömərova akademiyanın diplomunu təqdim etmişdir.
N.Məmmədov əvvəlcə İTV-ni fəaliyyətə başlamasının beşinci ildönümü münasibətilə televiziyanın kollektivini təbrik etmiş, uğurlar arzulamışdır. O bildirmişdir ki, Bişkekdəki TÖSDF-in təqdimatına əsasən və Beynəlxalq Aytmatov Akademiyasının Elmi Şurasının qərarı ilə İTV-nin baş direktoru İ.Ömərov Beynəlxalq Aytmatov Akademiyasının üzvü seçilmişdir.
İ.Ömərov fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında