Sentyabr ayında hava necə olacaq ?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, payız fəslinin ilk ayı olan sentyabrda hava şəraitinin nisbətən sabit keçəcəyi , orta aylıq temperaturun iqlim norması daxilində , bəzi rayonlarda isə normadan bir qədər yüksək olacağı gözlənilir. Ay ərzində respublika üzrə yağıntıların qeyri-bərabər paylanacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın , bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.
Sinoptiklərin verdikləri məlumata əsasən, sentyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki , bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 12-17 dərəcə isti olacaq. Gündüzlər 27-32 dərəcə isti olacaq, ayrı- ayrı günlərdə 32-35 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın ( norma 7-13 mm) olacağı gözlənilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında