Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində ekspedisiya keçirilmişdir

15-18 avqust 2010-cu il tarixlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşən və dünyanın ən yüksək hidrometeoroloji elmi mərkəzlərindən biri olan Şahdağ Yüksək Dağlıq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya təşkil etmişlər.
Ekspedisiya dövründə Mərkəzin əməkdaşlarına müasir cihazlarla işləmək prinsipi və təlimatlara uyğun meteoroloji, hidroloji, qlyasioloji müşahidələrin aparılması üçün metodiki yardım göstərilmişdir.
Ekspedisiya üzvləri yüksək dağlıq ərazilərin iqlim-hava şəraiti üzərində müşahidələrin təşkili və aparılmasını, iqlimin dəyişmə dinamikasını, iqlim-hava şəraitini öyrənmişlər.
Mütəxəssislər, eyni zamanda, yüksək dağlıq ərazilərdə qar-buz örtüyü üzərində hidroloji, qlyasioloji, meteoroloji müşahidələrin aparılma metodikası və müşahidə nəticələrinin işlənilməsinə dair lazımi təlimatların verilməsini, müasir iqlim dəyişmələri fonunda qar-buz örtüyünün dəyişmə dinamikasını tədqiq etmişlər.
Ekspedisiya zamanı mütəxəssislər həmçinin, ərazi çaylarında axının formalaşması, rejim xüsusiyyətlərinin öyrənilməsi, çay-su ehtiyatlarının və çayların qidalanmasında buzlaqların rolunun qiymətləndirilməsi üzərində tədqiqat işləri apararaq lazımi elmi nəticələr əldə etmişlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, əldə olunan hidrometeoroloji məlumatlardan Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun elmi işlərində istifadə olunacaq və anoloji ekspedisiyalar İnstitutunun mütəxəssisləri tərəfindən gələcəkdə də davam etdiriləcəkdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında