Binəqədi rayonu ərazisində reyd keçirilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirmişdir.
Binəqədi rayonu Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə "Abşeron" istirahət mərkəzinin iş icraçısı Ş.Umudov, "Vüsal" iaşə obyektinin iş icraçısı S.Allahverdiyev və "Barbados" iaşə obyektinin iş icraçısı İ.Əzimov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar. Binəqədi rayonu Goradil çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı T.Abdullayev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir. Binəqədi rayonu Fatmai çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı F.Quliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Binəqədi rayonu Xəzər sahili ərazidə fəaaliyyət göstərən "Palm Beach" iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunması üçün verilmiş "məcburi göstəriş"in icra edilmədiyinə görə iş icraçısı B.Əmirov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimələnmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında