Daha 100 əlilə minik avtomobilləri təqdim edilmişdir

Son 3 ay yarım ərzində avtomobillə təmin olunan müharibə əlillərinin sayı 1100 nəfərə çatmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamının icrası işlərinin davamı olaraq, iyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs “Naz-Lifan” markalı minik avtomobili ilə təmin edilmişdir. Onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması mərasimində qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, ƏƏSMN tərəfindən cari ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verilmişdir. Bununla da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatına nail olunmuşdur.  Ötən aydan etibarən Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli sərəncamının icrasına başlanılmışdır. 2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən dünən verilən avtomobillər də daxil olmaqla, artıq 423 nəfərinin avtomobillə təminatı  həyata keçirilmiş və belə şəxslərin avtomobillə tam təminatının gələn ay başa çatdırılması planlaşdırılır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatmışdır.

Minik avtomobili təqdim edilən Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli və sürətli inkişafından  qürur hissi keçirdiklərini vurğulamışlar. Onlar əlilliyi olan şəxslərin dövlət hesabına avtomobillə təminatının sürətləndirilməsindən razılıqlarını ifadə edərək, sosial cəhətdən həssas əhali qruplarına bütün sahələrdə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında