Saatlıda təmizliyə xüsusi diqqət yetirilir

Son vaxtlar Saatlı rayonunda ətraf mühitin təmizliyinə, ekoloji vəziyyətin sağlamlaşdırılmasına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, rayon mərkəzində, kəndlərdə, yol kənarlarında səliqə-səhman, təmizlik yaratmaq üçün iməciliklərin keçirilməsi adət halını almışdır. Əhali bu iməciliklərə böyük həvəslə qoşulur. Nəticə isə göz qabağındadır: rayonun siması həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri və mütəmadi keçirilən könüllü iməciliklər sayəsində, doğrudan da, xeyli dəyişmiş və gözəlləşmişdir. Son illər rayonda on minlərlə ağac və gül kolları əkilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Sıraqəddin Cabbarovun yaşıllaşdırmaya xüsusi önəm verməsi və bu sarıdan korluq çəkən Saatlının təbiətinin yaşıllaşdırılmasının vacibliyini həmişə diqqət mərkəzində saxlaması idarə, təşkilat rəhbərlərini də məsuliyyətlərini artırmağa və məsələyə ciddi yanaşmağa sövq etmişdir. Aran bölgəsində yerləşən Saatlıda bir ağacı yetişdirmək dağlıq rayonlarda bir hektarda meşəlik salmaqdan və becərməkdən daha çətindir. Ancaq nahaqdan deməyiblər ki, insan iradəsi hər şeyə qadirdir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında