Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası sentyabrın 1-dən 11 dövlət orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 67 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edir.
Komissiyadan AzərTAc-a bildirmişlər ki, 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si yerli məhkəmə orqanlarının aparatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılır.
Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, biri isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri yoxlanılacaqdır.
İmtahana hazırlaşmaq üçün ətraflı məlumat, Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir.
Müsahibəyə çıxarılan vakant vəzifələrdən 25-i inzibati vəzifələrin altıncı təsnifatına, biri inzibati vəzifələrin yeddinci təsnifatına, dördü inzibati vəzifələrin səkkizinci təsnifatına, beşi isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı beş il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək üçün isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Müsabiqə və müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 2010-cu il 1 sentyabr tarixli nömrəsində və cari il sentyabrın 1-dən Komissiyanın rəsmi internet saytında -  www.dqmk.gov.az və  www.csc.gov.az veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında