Mart ayında Azərbaycanın dövlət sərhədinin pozulması ilə əlaqədar 25 nəfər saxlanılmışdır

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, xidmətin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilmişdir.
Mart ayı ərzində dövlət sərhədinin mühafizəsi zamanı 15 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, 25 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının 12 nəfəri Azərbaycan, 7 nəfəri İran, 3 nəfəri Əfqanıstan, 2 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşıdır. Sərhəd rejimi qaydalarını pozduqlarına görə 47 halda 179 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 73 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 15 kiloqram 110 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 81 halda ümumi dəyəri təqribən 236 min 389 manat olan qaçaqmal, o cümlədən 2.633.500 İran rialı, 1 ədəd 12 millimetrlik tüfəng, 12 patron, 15 giliz, 36.240 metr balıq ovlamaq üçün tor, 408 kiloqram balıq, 42 adda 1038 ədəd avtomobil üçün ehtiyat hissələri, 13.313 müxtəlif növ dərman preparatı, 101 müxtəlif markalı mobil telefon, 52 dini kitab, çoxsaylı müxtəlif spirtli içkilər, ərzaq və sənaye malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında