"Şahdağ" kompleksinin sığorta müqaviləsinin imzalanması prosesi başa çatmışdır

Qusar rayonu ərazisində "Şahdağ" qış-yay turist kompleksinin inşasının birinci mərhələsinin sığortası üzrə sənədlərin hazırlanması və imzalanması prosesi başa çatmışdır. İnşaatın 365 milyon avro dəyərində birinci mərhələsi 2013-cü ilin avqust ayınadək müddəti əhatə edir və idman tikililərinin, mehmanxanaların və digər obyektlərin beynəlxalq standartların tələblərinə cavab verən dağ xizəkçiliyi və əyləncə kurort mərkəzinin yaradılması çərçivəsində hazırlıq və əsas işlərin ümumi həcmini nəzərdə tutur. Tammiqyaslı sığortaya kompleks obyektlərinin inşası zamanı bütün maddi risklər, potensial zərərlər üzrə üçüncü şəxslər qarşısında məsuliyyət və terror ilə əlaqədar risklər, həmçinin görülmüş işlərin keyfiyyət zəmanəti predmeti üzrə inşaatın bitməsindən sonra 3 illik sığorta daxildir. Rəsmi sığortaçı kimi riski öz şəxsi tutumu və ABŞ-ın Marsh brokeri vasitəçiliyi ilə "A" reytinqli beynəlxalq təkrar sığorta bazarında yerləşdirməklə "Paşa Sığorta" ASC çıxış edir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında