BVM əlillərinə və onlara bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim edilmişdir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verilmişdir.

Həmin kateqoriyaya aid əlilliyi olan şəxslərə avtomobillərin təqdim edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq həyata keçirilmişdir.  Bu münasibətlə təşkil edilən tədbirdə bildirilmişdir ki, ötən ay müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə minik avtomobilləri təqdim edilmişdir, indi isə bu kateqoriyadan olan daha 100 nəfərə avtomobillər verilir. 01 yanvar 2014-ci ilədək növbəyə duran Böyük Vətən Müharibəsi Əlilllərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl AES əlillərinin avtomobillə təminatının isə avqust ayında yekunlaşdırılması planlaşdırılır.

Çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılmışdır.  Avtomobil alanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.   Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, əlil və şəhid ailələrinə mənzillərin təqdim edilməsi, əlillərin avtomobillə təmin edilməsində şəfaflığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə mənzil və avtomobil alanların, növbədə dayananların siyahısı nazirliyin rəsmi internet saytının (www.eesmn.gov.az , www.mlspp.gov.az ) ön səhifəsində ictimaiyyətə təqdim edilmişdir.

                                                

 Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında